Məhərrəm Zülfüqarlı: Maddi-mədəni irsə aid nə varsa ya onu məhv ediblər, ya da ən yaxşı halda onu saxtalaşdırıblar.

Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
Şamaxıda qədim türklərə aid küplər tapıldı – İlk dəfə
Diplomatik korpusun nümayəndələri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri gözləri ilə görüblər

Ermənistanın 30 ilə yaxın çəkən işğalı təkcə insan itkisi ilə nəticələnməyib. Sözügedən işğal həm də maddi mədəniyyət abidələrinə böyük ziyan vurub. Azərbaycanın mədəni irsini silməkdən ötrü bütün mümkün vasitələrdən istifadə ediblər.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri – muzeylər, kitabxanalar, mədəni-maarif müəssisələri xüsusi qəddarlıqla məhv edilib. Erməni işğalının ən çox zərər vurduğu sahələrdən biri də kitabxanalar olub. Məsələ ondadır ki, erməni işğalı Azərbaycanın kitabxana sisteminə də sağalmaz yaralar vurub. Çünki işğal olunmuş ərazilərimizdə 927 kitabxana dağıdılıb və yandırılıb. Həmin kitabxanalarda 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

  • 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib

Ermənilərin tapdağı altında olan ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Bütövlükdə, Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil. Ona görə ki, talan və məhv edilən mədəni sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz nümunələridir.

  • Yerli əhəmiyyətli mədəniyyət müəssisələri də məhv edilib

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı, 02.08.2001-ci il tarixli qərarı ilə təsdiq edilən siyahıya Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələri də daxil edilib.  

Siyahıya işğal olunmuş ərazilərdə yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələr və digər mədəniyyət nümunələri daxildir. Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində yüzlərlə muzey, ev muzeyi məhv edilib ki, onların bir çoxu dünya və ölkə əhəmiyyətli mədəniyyət ocaqları idi. İşğal nəticəsində hər bir rayonda yerli əhəmiyyətli mədəniyyət müəssisələri də məhv edilib ki, onlar Azərbaycan xalqının maddi və mədəni sərvətləridir.

  • Görkəmli şəxsiyyətlərin xatirə əşyaları və digər qiymətli materiallar qarət edilib

Düşmən tapdağı altında qalan rayonlarımızda yüzlərlə dekorativ-tətbiqi sənət nümunələri Azərbaycan xalqının çoxəsrlik mədəni yaradıcılığının izlərini özündə daşıyırdı. Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş rayonlarımızın hər birində Sovet dövründə çoxsaylı mədəni-maarif müəssisəsi tikilib istifadəyə verilib. İndi bu müəssisələrin yalnız xarabalıqları qalıb. Xocavənd rayonunda işğaldan əvvəl 41 klub, 40 kitabxana fəaliyyət göstərirdi. Laçın rayonunda işğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 5 musiqi məktəbi, Kəlbəcər rayonunda 1 muzey, 172 mədəniyyət obyekti, Ağdərə rayonunda işğaldan əvvəl 62 klub, 51 kitabxana fəaliyyət göstərirdi. Ağdam rayonunun 71 kitabxana, 27 klub, 13 mədəniyyət evi, Dram Teatrı, ölkəşünaslıq muzeyi, çörək muzeyi, Cəbrayıl rayonunda 78 kitabxana, 32 klub, 1 mədəniyyət evi, 3 musiqi məktəbi, Füzuli rayonunda işğaldan əvvəl 90 kitabxana, 79 klub, 9 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, Qubadlı rayonunda 47 kitabxana, 23 klub, 8 mədəniyyət evi, 6 ölkəşünaslıq muzeyi, Zəngilan rayonunda 128 mədəniyyət müəssisəsi, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi əhaliyə xidmət göstərirdi. Erməni təcavüzkarları tərəfindən işğal edilməmişdən əvvəl bu rayonlarda mövcud muzeylərdən ümumdünya əhəmiyyətinə malik 40 minə yaxın nadir muzey əşyası, Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli eksponatlar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, dekorativ-tətbiqi sənət nümunələri, əlyazmalar, arxiv sənədləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar qarət edilib. Mənəvi zərərin həcmini mövcud olan heç bir ölçü meyarı ilə təyin etmək mümkün deyil.

  • Kitabxanalara milyonlarla manat ziyan vurulub

Ümumilikdə, erməni işğalı Azərbaycanın kitabxana sisteminə çox ciddi yaralar vurub. Məlumata görə, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində ümumi kitab fondu 200 min nüsxə təşkil edən 32 kitabxana mövcud olub. 1992-ci il mayın 8-də Şuşa rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 32 kitabxana və bu kitabxanalarda saxlanan qədim və unikal kitablar yandırılaraq məhv edilib. Laçın rayonunda 119 kitabxana əsasında fəaliyyət göstərən MKS-nin kitab fondu 843 min nüsxə təşkil edirdi. Rayon MKS-nin 115 kənd kitabxana filialı müasir binalarla təmin olunmuşdu. Laçın Rayon Mərkəzi Kitabxanasının fondunda qədim, unikal və nadir kitablar saxlanırdı. Kitabxanada 14 otaq, 2 oxu zalı oxucuların istifadəsinə verilmişdi. 18 may 1992-ci ildə Laçın erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra rayon ərazisindəki kitabxanalar məhv edilib. Kəlbəcər rayonunda oxuculara xidmət edən 119 kitabxanada 600 min nüsxə kitab fondu mövcud idi. Ağdam rayonunda 107 kitabxananın ümumi kitab fondu 970 min 996 nüsxə təşkil edirdi. Ağdam Rayon Mərkəzi Kitabxanası 1992-ci ildə inşa edilib, yeni binaya köçürülüb, kitabxana inventar, avadanlıqla təmin edilib. Ağdam rayonunun 1993-ci ilin 23 iyulunda erməni silahli birləşmələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki 107 kitabxana tamamilə dağıdılıb. Rayon kitabxanalarına təqribi hesablamalara görə, 2 milyon 850 min manat məbləğində maddi ziyan dəyib. Cəbrayıl Rayon MKS-də 78 kütləvi kitabxanada 552 min 400 nüsxə kitab fondu yerləşirdi. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribin 1 milyon 700 min manat həcmində maddi ziyan dəyib. Füzuli rayonunda 1 rayon mərkəzi və 89 kütləvi kitabxana əsasında MKS fəaliyyət göstərirdi. 1992-ci ilin məlumatına görə, MKS-nin kitab fondu 659 min nüsxə, oxucuların sayı 45 min 620 nəfər təşkil edib. 1993-cü il 23 avqust tarixində Füzuli rayonunun Ermənistan silahli qüvvələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki bütün kitabxanalar dağıdılıb və talan edilib. Müharibə nəticəsində rayon kitabxanalarına təqribi hesablamalara görə, 1 milyon 889 min manat həcmində maddi ziyan dəyib. Qubadlı rayonunun MKS-i 1 rayon mərkəzi və 84 kütləvi kitabxana filialından ibarət idi. Kitabxana fondlarının ümumi həcmi 600 min nüsxə, oxucuların sayı 21 min nəfər təşkil edib. Qubadlı rayonunda kitabxana və kitabxana filialları xüsusi binalarla təmin olunub. 31 avqust 1993-cü ildə Qubadlının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində rayonun 85 kitabxana və kitabxana filialı dağıdılıb. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə 1 milyon 880 min manat həcmində maddi ziyan dəyib. Zəngilan rayonu MKS-i 1 rayon mərkəzi, 3 şəhər, 1 qəsəbə, 65 kənd kütləvi kitabxanasını birləşdirirdi. Kitabxana fondlarının ümumi həcmi 490 min nüsxə, oxucuların sayı 20 min nəfər təşkil edib. 29 oktyabr 1993-cu ildə Zəngilan rayonunun ermənilər tərəfindən işğalı nəticəsində rayon mərkəzindəki 1 mərkəzi, 1 uşaq, 1 gənclər, 1 şəhər, 1 qəsəbə, habelə rayonun kəndlərində fəaliyyət göstərən 70 kitabxana filialı dağıdılıb. Burada saxlanan nadir, qiymətli kitablar talan edilib. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlərlə 1 milyon 660 min manat həcmində maddi ziyan dəyib.

Ümumilikdə görünən odur ki, işğalçı Ermənistanın kitablara olan münasibəti Almaniyadaki faşistlərdən də amansız olub. Qeyd edək ki, o dövrdə faşistlər Friderx Engelsin, Karl Marksın və digər mütərəqqi şəxslərin nəzəriyyələrini özündə əks etdirən kitabları tonqalda yandırdılar. Eyni ilə ermənilər də bu cür etdilər. Hətta faşistləri belə geridə qoydular. Çünki erməni vandalları faşistlərdən fərqli olaraq, işğal olunmuş ərazilərdə bütün kitabxanaları məhv etdilər.

  • Erməni vandalları faşistlərlə müqayisədə daha vəhşidirlər

Məsələyə münasibət bildirən AVCİA-nın vitse-prezidenti, tarix elimləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, erməni vandalları faşistlərlə müqayisədə daha vəhşidirlər: “Çünki onlar nəinki kitabxanaları, nə varsa onu məhv ediblər. Maddi-mədəni irsə aid nə varsa ya onu məhv ediblər, ya da ən yaxşı halda onu saxtalaşdırıblar. Ona görə də erməni vandalizmini indiki halda faşistlərlə müqayisə etdikdə daha dəhşətli mənzərə ilə üzləşirik. Çünki bu cür vəhşilik və vandalizm görünməyib. Alman faşizminin öz ideologiyası var idi. Sözügedən ideologiya yəhudilərə qarşı mübarizə üzərində qurulmuşdu. Ermənilərdən fərqli olaraq, almanlar güclü dövlət qurmuşdular. Ancaq faşistlərdən fərqli olaraq, ermənilərin siyasətini başa düşmək olmur. Bunlar işğal etdikləri kəndlərimizi yırtıcı kimi dağıdıblar. Onların bu dərəcədə yırtıcı vandalizm ilə məşğul olmalarının məqsədini anlamaq olmur. Əgər ətraf rayonları danışıqlar yolu ilə qaytarmaq istəyirdilərsə, o zaman bunu niyə dağıdırdılar. Həmin rayonları verməməyi düşünürdülərsə, o zaman bunu dağıtmamalıydılar. Bütün bunlar onu göstərir ki, ermənilər xəstədirlər. Xəstə ideologiya onları məhvə aparır. Çünki bunlar cılız xalqdır. Ötən illər ərzində onlara o qədər uydurma nağıllar danışıblar ki, nəticədə ermənilər bir az da vəhşiləşərək vandal olublar. Erməni yalanları tarixən yayılıb. Sadəcə olaraq müəyyən dövr bu daha geniş miqyas alıb. Bir şeyi nəzərə almaq lazımdır ki, ermənilər təkcə türklərə qarşı deyil. Onlar bütün xalqlara qarşı aqressivdirlər. Çünki bunların xisləti natəmizdir. Onların imkanı olsa, digər xalqları da məhv edərlər. Sadəcə, onların belə bir imkanı yoxdur. Çünki ermənilərin arzuları ilə imkanları uzlaşmır, dünyada ermənilərin sayı çox azdır”.

Professor onu da qeyd etdi ki, ermənilər sağalmaz ifrat millətçilik xəstəliyinə yoluxduqları üçün onlardan nə desən gözləmək olar.

Vidadi ORDAHALLI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.