Milli Kitabxana koronavirus təhlükəsinə görə bağlanıb

Gələn həftədən Bakıda küçə sənətçisi kimi işləmək istəyənlərin seçiminə başlanacaq
Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçiriləcək
Xəzəri çirkləndirən müəssisələrin adları açıqlanıb

Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. 

Milli Kitabxanadan APA-ya verilən məlumata görə, kitabxananın onlayn xidmətlərindən http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə etmək olacaq.

Qeyd olunub ki, Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. 

“Xahiş edirik, sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Dəyərli oxucularımız, sizin onlayn müraciətlərinizi gözləyirik. Yetər ki, bizə yazın!

Respublikada fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər”.

apa.az