Mövlud Çavuşoğlu: “Ukrayna və Rusiya nümayəndələrinin görüşündə müəyyən razılıqlar əldə olundu”

İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
Metyu Brayza: “Azərbaycanla sərhəddə təxribatlar Ermənistanın müharibədəki məğlubiyyəti qəbul etməməsi ilə bağlıdır”

“Ən vacib məsələ münaqişənin ən qısa vaxtda həllidir. Müharibə artıq dayanmalıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Müharibədən bəri bu, ən məhsuldar görüş oldu. Bu gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüş keçirilə bilər” , – o deyib.

Report