Mixail Finkel: Azərbaycanın seçki sistemi İsraildəkindən daha mütərəqqi və etibarlıdır

ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll” öncəsi sorğunun nəticələrini açıqlayıb
Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər
Akademik Arif Paşayev: Yolların və elmi istiqamətlərin kəsişməsində

Azərbaycanda parlament seçkiləri məndə xoş təəssürat oyatdı. Bu seçkilər bütün beynəlxalq standartlara uyğundur. Seçkilər demokratik, çoxpartiyalı sistem transparentdır. Təkrar səsvermələrin qarşısını almaq üçün seçicilərin barmaq izlərinin götürülməsi məni əməlli-başlı təccübləndirdi. Deyə bilərəm ki, sizdə səsvermə sistemi İsraildəkindən daha mütərəqqi və etibarlıdır.

Bu sözləri Azərbaycanda parlament seçkilərini müstəqil müşahidə edən tanınmış politoloq, hüquqşünas alim, beynəlxalq münasibətlər sahəsində ekspert Mixail Finkel AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib: “Sizdəki bülletenlər eynən İsraildə olduğu kimidir, səsvermə sistemi də eynən bu cürdür. İstirahət günü olmasına, soyuq və küləkli hava şəraitinə baxmayaraq vətəndaşların yüksək fəallıq nümayiş etdirməsi, müxtəlif yaşda insanların seçki məntəqələrinə axışması məndə böyük təəssürat oyatdı. Diqqətəlayiq məqamlardan biri də budur ki, gənclər səs verərkən ölkənin gələcəyinin qurulmasında iştirak etdiklərini dərindən hiss edirlər”.