Moqerini: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq

“Kappelhaus”da qaçqınlara və miqrantlara həsr olunmuş sərgi açılıb
Prezident İlham Əliyev Bakının Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
Erməni silahlı bölmələri fevralda atəşkəsi 3 423 dəfə pozub

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

O qeyd edib: “Ötən həftə ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi ilə Azərbaycan və Ermənistan liderlərinin müsbət görüşünün şahidi olduq. Ali səviyyədə təmasların genişlənməsi və atəşkəs rejiminin pozulmasının əhəmiyyətli dərəcədə azalması bizdə prosesin irəliyə doğru hərəkət edə biləcəyinə ümidlər yaradır”.

F.Moqerini bildirib ki, davamlı sülhdən təkcə Azərbaycan və Ermənistan vətəndaşları deyil, bu ölkələrdən kənarda da faydalanacaqlar, çünki davamlı sülh bütün regiona öz potensialını reallaşdırmağa kömək edəcək.