Bir sıra şəhərlərin baş planları təsdiqlənib

İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin forumu keçirilir
Ötən il azad edilmiş ərazilərdə 41 dini abidə dövlət qeydiyyatına alınıb
Qevorq Aslan: “Ermənilərdə dövlətçilik olmamışdır”

Nazirlər Kabineti bir sıra şəhərlərin 2034-2036-cı ilə qədərki dövrdə inkişafına dair baş planlarını təsdiqləyib.

“Report” xəbər verir ki, müvafiq qərarları baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarlara əsasən Masallı şəhərinin 2034-cü ilə qədərki baş planı, Şəmkir şəhərinin 2035-ci ilə qədərki baş planı, habelə Xaçmaz şəhərinin 2035-ci ilə qədərki,  Tovuz şəhərinin 2036-cı ilə qədərki, Göygöl şəhərinin 2033-cü ilə qədərki, Salyan şəhərinin 2035-ci ilə qədərki baş planları təsdiqlənib.