Muxtar respublikada keçirilən seçki prosesini dünyanın hər yerindən onlayn izləmək mümkündür

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Yaqland azərbaycanlı qaçqınların probleminin həllində Avropa Şurasının fəaliyyətsizliyini etiraf edib
Qarabağın külək enerjisindən istifadə imkanları araşdırılıb

Naxçıvan Muxtar Respublikanın bütün bölgələrində səhər saat 8:00-dan Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublika üzrə seçki məntəqələrində 35 veb-kamera quraşdırılıb. Buna görə də Naxçıvanda keçirilən seçki prosesini dünyanın hər yerindən onlayn izləmək mümkündür.

Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə 25 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 9 nəfəri Yeni Azərbaycan Partiyasının, 2 nəfəri Böyük Quruluş Partiyasının, 1 nəfəri Azərbaycan Sosial Rifah Partiyasının, 1 nəfəri Vahid Azərbaycan Partiyasının nümayəndələri, 12 nəfəri isə bitərəfdir. Namizədlərdən 3 nəfəri qadındır.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 87-si Yeni Azərbaycan Partiyasının, 1 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi, 52 nəfəri isə bitərəfdir. Namizədlərdən 18-i qadındır.