AVCİYA Təhsil Laboratoriyası fəaliyyətə başlayıb

AVCIYA Lənkəranda müşahidəçiləri maarifləndirir
Şamaxıda III bədii qiraət müsabiqəsi başa çatır
Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Təhsil Laboratoriyası fəaliyyətə başlayıb.  Təhsil Laboratoriyasının ilk görüşü baş tutub.

Tədbiri AVCİYA-nın vitse-prezidenti filologiya elmlər doktoru, professor Asif Hacılı aparıb.

Tədbirdə AVCİYA nümayəndələri ilə yanaşı Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqoqika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov,  fоlklоrşünas, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahmud Allahmanlı, dilçi-alim, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev,  Tarix elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı, Pedaqoji elmlər namizədi, dosent, təhsil eksperti İlham Əhmədov, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev, əməkdar müəllimAdil Məmməd,  Tarix müəllimi Elçin Əliyev,  Azərbaycan Universitetinin baş müəllimi, dekan müavini Hüseyn Hüseynli  iştirak ediblər.

 Müzakirələr nəticəsində qərara alınmışdır ki, Təhsil Laboratoriyasının görüşləri mütəmadi olaraq davam etdiriləcək, milli təhsil sisteminin aktual məsələləri müzakirə olunaraq müvafiq təşkilatlara təkliflər təqdim olunacaq.

Tədbir çərçivəsində təhsil sahəsinin aktual məsələləri ətrafında müzakirələr aparılıb.

Mətbuat xidməti