Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin region bölməsinin sədri barəsində cinayət işi başlanıb
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid olan 1 qızıl boyunbağı tapılıb.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva AZƏRTAC-a bildirib ki, Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu sənət əsəri bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.

Tədqiqatçılar qızıl boyunbağını Son Eneolit dövrünə aid edirlər. Boyunbağı qədim dövr üçün xarakterik olan çəngəlşəkilli başlıqlı bəzək əşyaları qrupuna daxildir. Ağımtıl sarı rəngli boyunbağının eni 6 millimetr, diametri 18 santimetrdir. Boyunbağının üzərində 6 kiçikölçülü deşik açılıb ki, bu da onun estetik görünüşünü daha da yaxşılaşdırır.