“OpinionWay” və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi “exit-poll” öncəsi sorğu keçirib

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib
Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyevlə Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib

Mərkəzi ofisi Fransanın Paris şəhərində yerləşən və sosial tədqiqatlar üzrə ciddi təcrübəyə malik “OpinionWay” təşkilatı və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə əhalinin seçkilərdə iştirakla bağlı maraq səviyyəsini öyrənmək məqsədilə cari ilin mart ayında aparılan birgə sosioloji sorğunun nəticələrini açıqlayıb.

Sechki-2018.az saytının xəbərinə görə,  “OpinonWay Bruno” təşkilatının nümayəndəsi Bruno Janbar bu gün keçirdikləri mətbuat konfransında bildirib ki, sorğuya Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1200 nəfər respondent cəlb olunub.

Sorğuda iştirak edəcək respondentlərin müəyyənləşdirilməsi cinslər, yaş qrupları və yaşayış məntəqələrinin tipləri (şəhər və kənd) üzrə kvotalar tətbiq edilməklə çox mərhələli təsadüfi seçmə metodologiyası əsasında aparılıb. Sahə işləri bu tip tədqiqatlarda geniş təcrübi bilik və bacarıqlara malik tədqiqat qrupu tərəfindən strukturlaşdırılmış sorğu anketindən istifadə edilməklə üz-üzə (face-to-face) müsahibə formasında həyata keçirilib.

B.Janbar əlavə edib ki, sorğuda iştirak edən respondentlərin 48.1 faizini kişilər, 51.9 faizini qadınlar təşkil edib. Respondentlərin 15.6 faizi 18-24 yaş, 24.5 faizi 25-34 yaş, 33 faizi 35-49 yaş, 18.5 faizi 50-64 yaş, 8.4 faizi isə 65 və daha yaşlı qruplara aid olub.

O qeyd edib ki, respublikadakı mövcud iqtisadi vəziyyətin qiymətləndirilməsi məqsədi daşıyan suala respondentlərin 45.9 faizi vəziyyətin əvvəlki illərə nisbətən daha da yaxşılaşdığı, 23.4 faizi dəyişilməz qaldığı, 11.7 faizi isə vəziyyətin pisə doğru dəyişdiyi qənaətində olduqlarını bildiriblər:

“Bir sıra ictimai, siyasi və iqtisadi məsələlərlə bağlı mövcud vəziyyətin nə dərəcədə qənaətbəxş olduğunu öyrənmək üçün respondentlərə verilmiş suala rəyi soruşulanların 67.6 faizi milli təhlükəsizlik, 66.1 faizi iş imkanlarının mövcudluğu, 60.4 faizi isə cinayətkarlıqla mübarizənin onları qane etdiyini vurğulayıb. Bununla yanaşı, ölkədə mövcud olan ən vacib problemlərin prioritetləşdirilməsi ilə bağlı suala verilmiş cavablardan aydın olur ki, respondentlərin 78.2 faizini Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistana məxsus silahlı birliklər tərəfindən işğalı, 22.5 faizini iqtisadiyyatın vəziyyəti, 21.9 faizini isə ətraf mühitin korlanması daha çox narahat edir”.

B.Janbarın sözlərinə görə, sorğu zamanı müəyyən edilib ki, respondentlərin 68.9 faizi Azərbaycanda mövcud siyasi sistemin fəaliyyətindən razı, 15.4 faizi isə narazıdır. Rəyi soruşulanların 15.7 faizi sualı cavablandırmaqda çətinlik çəkdiklərini bildirib:

B.Janbart bildirib ki, seçkilərdə iştirak edib-etməyəcəkləri ilə bağlı sualı cavablandıran respondentlərin 80.5 faizi qarşıdan gələn seçkilərdə iştirak edəcəyini, 12.7 faizi isə iştirak etməyəcəyini açıqlayıb. Respondentlərin 6.8 faizi seçkidə iştirakları ilə bağlı hələ yekun qərar qəbul etmədiklərini göstəriblər:

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri bu gün keçirilsəydi, hansı namizədə səs verərdiniz” sualına sorğuda iştirak edən respondentlərin 83.4 faizi İlham Əliyevi seçib. Rəyi soruşulanların 12.0 faizi seçki kampaniyasında iştirak edən digər 7 nəfərə səs vermək niyyətini bildirib. Respondentlərin 1.9 faizi namizədlərdən heç birinə səs vermək istəmədiyini, 2.7 faizi isə bununla bağlı hazırda hər hansı bir fikri olmadığını göstərib”.

https://www.sechki-2018.az/az/view/news/1161/opinionway-ve-vetendash-cemiyyeti-ugrunda-musteqil-meslehet-ve-yardim-merkezi-exit-poll-oncesi-sorgu-kechirib