AVCİYA Seçki Qərargahının Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev Samux rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub
Nazir: “Gələn il pensiyalar yenidən artırılacaq”
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün Uzunmüddətli Müşahidə missiyasını həyata keçirir. Bu məqsədlə assosiasiya MSK-ya müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunverici baza, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK, DSK və MnSK- ların fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə start verib. Seçki Qərargahı bu işlərin icrasına 05 fevral 2018-ci il tarixdən başlayıb.

KİV-in monitorinqi iqtidar, müxalifət və müstəqil yönümlü 8 qəzet, 2 agentliyi əhatə edir.

Seçki qərargahı rayon koordinatorlarının attestasiyası, regional ofislərin işinin prezident seçkilərinə uyğunlaşdırılması işlərini qısa müddətdə başa çatdırıb. Seçicilərin fəallığının artırılması ilə bağlı fevralın 16-dan başlayaraq aprelin 10-na kimi regionlarda seminarlar və müşahidəçilər üçün treninqlər keçiriləcək. İlk seminar və treninqlər gələn həftə Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayonlarında keçiriləcək. Yaxın günlərdə müşahidəçilərə kömək məqsədilə “Yaddaş kitabçası”nəşr olunacaq.

Uzunmüddətli Müşahidə ilə bağlı Aralıq Hesabat 06 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək.

Seçki günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin münasibət AVCİYA-nın bəyanatında aprel ayının 12-də səhər saatlarında elan olunacaq. Prezident seçkiləri ilə bağlı yekun hesabat isə 26 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək.

Seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin seçicilər arasında təbliğinə böyük önəm verir. Seçki qərargahı həmçinin beynəlxalq qurumlarla əlaqələrin yaradılması, onlarla əməkdaşlığın təşkilinə də müsbət yanaşır. Seçki qərargahı əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurası, Avropa Birliyi, ATƏT, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər qurumların nümayəndələri ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində səylərini artıracaq.

AVCİYA Seçki Qərargahı Mətbuat Xidməti

www.azerbaijan-election.net