İlham Əliyev Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin NİZAMNAMƏSİ
17 min nəfərə şamil edilən amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.

Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.

Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.

Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.

president.az