Prezident İlham Əliyev Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşlarını “İgidliyə görə” medalı ilə təltif edib

AVCİYA prezident seçkiləri ilə bağlı apardığı yekun hesabatı oktyabrın 18-də açıqlayacaq
Yeniyetmə güləşçimiz Turan Bayramov Olimpiya çempionu olub
Gimnastımız Avropa çempionatında qızıl medal qazanıb

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif etdi.