EYVAZOV Qorxmaz Abış oğlu

QƏDİMƏLİYEV Arif Maasif oğlu
SƏFƏROV Cəlil Əziz oğlu
ALLAHVERDİYEV Namiq Müslüm oğlu

(1.4.1967, Laçın  r-nunun Güləbird k. – 10.2.1994, Füzuli) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

1984-cü ildə Güləbird kənd orta məktəbini bitirmiş və 127 N°li Texniki Peşə Məktəbinə daxil olmuşdur. 1985-1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. 1987-ci ildə xidmətini başa vurub Vətənə dönən Qorxmaz 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulmuşdur. 1992-ci ilin mart ayında Laçın rayon DİŞ-də işə götürülmüş, döyüşlərdə qorxmazlığı ilə fərqlənmişdir.
Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilmişdir. 4 avqust 1992-ci ildə erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçərkən Qorxmaz qolundan yaralanmış, lakin o, silahı yerə qoymamış, azacıq sağalan kimi yenidən cəbhəyə qayıtmışdır.
Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin etmişlər.
1994-cü il fevralın 10-da Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etmiş, bu döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı – oğlu Asim və qızı Sona yadigar qalmışdır.
Laçın rayonunun Güləbird kənd xəstəxanası Eyvazov Qorxmaz Abış oğlunun adını daşıyır.
Əd.: “Laçın şəhidləri”, Bakı, “Bəxtiyar-4”, 2013, s.7