Qazaxıstan mətbuatı: MSK seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün böyük işlər görüb

Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb
Mədəniyyət naziri Misir Ərəb Respublikasına rəsmi səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Qazaxıstanın aparıcı yerli KİV-də Azərbaycanda keçirilən parlament seçkilərini diqqət mərkəzində saxlayır.

AZƏRTAC xəbər verir ki, ölkənin “inform.kz”, “turkistan.today” internet saytlarında dərc olunan məqalələrdə Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin ölkəmizdə keçirilən parlament seçkilərində səs verdikləri, deputatlığa namizədlər üçün bərabər imkanların yaradıldığı, seçicilərin öz namizədlərinə sərbəst səs vermələri üçün bütün şəraitin təmin olunduğu bildirilir.

Digər yerli xəbər saytlarında qeyd olunur ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərin demokratik və şəffaf şəkildə keçməsi üçün böyük işlər görüb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan