Mədəniyyət naziri Misir Ərəb Respublikasına rəsmi səfər edib

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonla tanış olublar
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə siqhlərlə bağlı beynəlxalq konfrans keçiriləcək

Mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Misir Milli Muzeyinin direktoru Sabah Abdel Razeklə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, A.Kərimova sivilizasiyanın beşiyi sayılan Misirin qədim tarixini özündə təcəssüm etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Qonaqları səmimi salamlayan muzey rəhbəri birgə əməkdaşlığın genişləndirilməsinin mühüm olduğunu qeyd edib.

Anar Kərimov öz növbəsində, dəvət üçün təşəkkürünü bildirdikdən sonra Azərbaycan Milli İncəsənət Muzeyində qədim Misirə aid 51 eksponatın həssaslıqla qorunduğunu bildirib. Həmin sənət nümunələrinin Misir Muzeyində onlayn təqdimatını keçirməyin böyük marağa səbəb olacağına əminliyini dilə gətirib. Nazir, həmçinin bəşəriyyətin ən qədim mədəniyyətinə sahib, sivilizasiyanın beşiyi sayılan Misir mədəniyyətinin təcrübələrindən yararlanmağın faydasını vurğulayıb. Bu istiqamətdə ikitərəfli görüşlərin, seminarların, layihələrin keçirilməsinin vacibliyini qeyd edib.

Görüş tərəfləri maraqlandıran bir sıra digər mühüm məsələlərin müzakirəsi ilə davam edib.

AZƏRTAC