“Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi üzrə ictimai hesabatın Ağdam rayonunda təqdimatı

Ermənilərin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən kitab
Ötən il azad edilmiş ərazilərin minalardan təmizlənməsinə ayrılmış vəsait açıqlanıb
Xocavənd rayonunun işğalından 27 il ötür

31.10.2014. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ötən bir il ərzində “Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi çərçivəsində gördüyü işlərə dair Sərsəng su anbarının əhatə dairəsinə düşən rayonlarda İctimai hesabatını təqdimatını davam etdirir.

31 oktyabr 2014-cü il tarixində Ağdam rayonu Xındırstan qəsəbəsində bələdiyyə, kənd icra nümayəndələrinin, fermer təsərrüfatlarının rəhbərlərinin, iş adamlarının, su təsərrüfati və meliorasiya təsərrüfatları əməkdaşlarının, yerli icmaların və rayon fəallarının iştirakı ilə İctimai hesabat görüşləri keçirilmişdir.

Görüşdə çıxış edən AVCİYA-nın eksperti Şahin Camalov və layihə əlaqələndiricisi Samir İsayev görülən işlər barədə məlumat vermiş, AVCİYA ekspertlərinin hazırladıqları hesabatların təqdimatını keçirmişlər.

Növbəti günlərdə isə  digər rayonlarda da bu cur ictimai hesabatların təqdim olunması həyata keçiriləcəkdir.

AVCİYA-nın mətbuat xidməti