SAMF “Media kataloqu”nun hazırlanmasına start verib

Hazırda ölkə ərazisindəki satış müəssisələrinin depolarında yetərincə tibbi maska var
Dünya azərbaycanlılarına
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalça aşkara çıxarılıb

Söz Azadlığını Müdafiə Fondu (SAMF) ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yeni kataloqunu kitabça şəklində çapa hazırlayır. Fonddan verilən məlumata görə, üç dildə -Azərbaycan, rus və ingilis dillərində olacaq kataloqun çapından öncə KİV-lərə rəsmi qaydada müraciət olunaraq, onların haqqında məlumatlar toplanılacaq. Alınacaq məlumatlar sırasına qəzetin yaranma tarixi, baş redaktorları barədə məlumat, tirajı və strukturu barədə informasiyalar daxildir. Kitabda yazılı media, internet media və elektron media qurumları barədə məlumatlar toplanılacaq. Məlumatlar kitab şəklində nəşr olunmaqla yanaşı elektron formada SAMF-ın internet resursunda (http://azfreespeech.az/) yerləşdiriləcək. Bu da ölkə kütləvi informasiya vasitələri barədə maraqlı məlumatların internet vasitəsilə bütün dünyaya çatdırılmasında, eləcə də KİV qurumlarının daha geniş şəkildə tanınmasında müstəsna rol oynayacaq. Kataloq-kitabçaların çap olunduqdan sonra KİV-lərə pulsuz paylanılması nəzərdə tutulur.
SAMF-ın kollektivi KİV qurumlarına mətbuat vasitəsilə də müraciət edərək qarşılıqlı əməkdaşlıq təklif edib və özləri barədə məlumatların fonda çatdırılmasını gecikdirməməyi xahiş edir.
Qeyd ki, təşkilat 2004-ci ildən fəaliyyətdədir və indiyədək media problemlərinə aid bir sıra iri layihələri həyata keçirib. Fondun ilk icracı direktoru isə tanınmış jurnalist Məmməd Nazimoğlu olub.

Söz Azadlığını Müdafiə Fondu (SAMF)