Ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb

İsmayıl Rafiqoğlu: “Texnologiya və gündəm o qədər sürətlə dəyişir ki, bir təlim o birisini təkrarlamır”
“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib
Kamran Əliyev: Azərbaycanlılara qarşı müharibə cinayəti törətmiş şəxslərə layiqli cəzalar verilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərar imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-i saat 06:00-dək uzadılıb.

AZƏRTAC