Şvıdkoy: “Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır”

Azərbaycanda yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə aparılacaq
BORÇALI SÖHBƏTLƏRİ: “Borçalı ədəbi mühiti: dünən və bu gün”
Türkiyədən Ermənistana uçuşların başlayacağı tarix açıqlanıb

“Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır”.

Bunu “Report”un müxbirinin sualını cavablandırarkən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Mixail Şvıdkoy Sankt-Peterburqda deyib.

“Əlbəttə, Rusiya və beynəlxalq ictimaiyyət iki qonşu dövlət arasında sülh xarakterli müəyyən razılığa gətirib çıxara biləcək proseslərin başlanmasında maraqlıdır. Bu mənada iki ölkə xalqının bu prosesdə iştirak etməsini istərdik”, – M.Şvıdkoy bildirib.