“Travellers Archive” jurnalı: Azərbaycan hər addımda heyrətləndirir

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilir
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub

Azərbaycan müəyyən mənada qeyri-adi turizm marşrutudur: bu ölkə hər addımda heyrətləndirməyi bacarır – həm insani nöqteyi-nəzərdən, həm də mədəni və coğrafi baxımdan.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Travellers Archive” turizm internet jurnalı yazır.

“Travellers Archive” nəşrində Azərbaycana dair “bələdçi” tipli geniş məqalə dərc edilib. Məqalədə, əsasən, Azərbaycanın dilindən, adət-ənənələrindən, yerli iqlimindən və milli mətbəxindən danışılır.

Nəşr qeyd edir ki, Azərbaycan cinayətkarlığın aşağı səviyyədə olduğu bir ölkədir, respublikada tolerantlıq, dini dözümlülük hökm sürür. Məqalədə multikulturalizmə və dini dözümlülüyə xüsusi diqqət ayrılır. Belə ki, Azərbaycanda müsəlmanların xristian və yəhudilərlə birgə dinc yanaşı yaşamaları qeyd edilir.