Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edib

Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib
AVCİYA təmsilçisi ATƏT /DTİHB nümayəndələri ilə görüşdü
Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb

“Nazirlər təəssüflə bildirirlər ki, BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında münaqişə həll olunmamış qalır və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid olaraq qalmaqda davam edir”.

APA-nın məlumatına görə, bu barədə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş aralıq nazirlər konfransının Final sənədində deyilir.

Sənəddə bildirilir ki, nazirlər BMT Xartiyasında qeyd olunan güc tətbiq etməmə prinsipinin vacibliyini də qeyd edirlər.

“Münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanma yollarını axtarmağa çağırırıq”, – deyə Final sənədində vurğulanır.