Əhali Konstitusiyaya edilən dəyişikliklərlə razıdır

Vətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb
AVCİYA Parlament seçkiləri ilə bağlı fəaliyyət proqramı hazırlayıb
“Azərxalça” ASC-nin yeni sədri Emin Məmmədov qurumun kollektivinə təqdim olunub

Azərbaycandakı referendumun gedişini AŞ PA-nın missiyasının heyətində müşahidə edən, Böyük Britaniya parlamentinin üzvü Mayk Henkok hesab edir ki, Azərbaycan xalqı Konstitusiyaya edilən dəyişikliklərlə razıdır.
“Paytaxtın seçki məntəqələrində keçirdiyim sorğular mənə əhalinin Konstitusiyaya edilən dəyişikliklərlə razı olduğunu düşünməyə imkan verdi”, – Trend News-a Henkok deyib.
Onun sözlərinə görə, hələ ki, heç bir problem yoxdur və seçkilərlə bağlı təəssürat müsbətdir.
Müşahidəçi səsvermədə qadın və gənclərin daha fəal olduqlarını vurğulayıb.
Henkok paytaxtın Nəsimi rayonunun seçki məntəqələrində monitorinqlər aparıb./Trend/