Ali Məhkəməyə hakimlər təyin edilib

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
Bakıda AVRO-2020-nin oyunlarının keçiriləcəyi şənbə və bazar günləri ictimai nəqliyyat və metro işləyəcək
Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Dadaşov İlqar Ağababaş oğlu

2. Əhmədov Əhməd Abbas oğlu

3. Əliyev Ələsgər Əliabbas oğlu

4. Kərimov Fərhad Abdulkərim oğlu

5. Mövsümov Nazim Rasim oğlu

6. Nağıyev İman Məhəmməd oğlu

7. Rəcəbov İlkin Əbülfəz oğlu

8. Kərimov Səyyad Əli oğlu

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Report