Əlillərin reabilitasiya vasitələrinin növlərinin siyahısı artırılıb

Baş Prokurorluq, DİN və DTX Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yayıb
Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub
Prezident İlham Əliyev yeni təyin olunan gənclər və idman nazirini videoformatda qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”na 23 yeni növ də əlavə edilib.

Nazirlikdən  verilən məlumata görə, aparılan islahatlar çərçivəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsi də inkişaf etdirilir.

Bu sahədə müasir yanaşmalar tətbiq olunur, təqdim edilən reabilitasiya vasitələrinin getdikcə həm keyfiyyəti, həm də növləri artır. Yeniliklərdən biri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər üçün yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsinə başlanıb. Həmçinin əlilliyi olan şəxslərin müyəssərlik, inteqrasiya imkanlarının artırılması üçün yeni vasitələrin tətbiqi artıq ardıcıl xarakter alıb. Qeyd edilənlərlə əlaqədar da siyahıda ənənəvi reabilitasiya vasitələri ilə yanaşı, yeni növlər (yataq xəstələri üçün çarpayı, hərəkətli qaldırıcı qurğu, səs, göz, sifət və diş protezləri, “danışan kitab” və s.) də əksini tapıb.

Eyni zamanda müasir yanaşmanın nəticəsi olaraq siyahıda “əlil arabası” ifadəsi də “təkərli oturacaq”la əvəz edilib. Ümumilikdə siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb.

Report