ƏLİYEV Əmiraslan Rza oğlu

MÜRSƏLOV Vüqar Mirəzbər oğlu
ZÜLFÜQAROV Samir Xəlil oğlu
KƏRİMOV Kərim Məhəmməd oğlu

(30.8.1960, Naxçıvan ş. – 17.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olrauşdur. 1967-77-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra, 1977-79-cu illərdə Naxçıvan şərabçılıq zavodunda fəhlə işləmişdir. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna Respublikasında xidmət etmiş, hərbi xidmətini Polşada başa vurmuşdur. 1981-82-ci illərdə Naxçıvan Şüşə Qablar zavodunda, 1982-92-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləmişdir. İstehsalatda çalışmaqla yanaşı, təhsilini də davam etdirməyi unutmamışdır. 1982-87-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir.
1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılmışdır. O, bir sıra məsul vəzifələrdə çalışmış, qarşısında duran vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Nümunəvi xidmətlərinə görə baş leytenant Əmiraslan Əliyev qərərgahın baş zabiti kimi yüksək vəzifəyə təyin olunmuşdur. Bu vəzifədə xidmət etdiyi müddətdə o, dövlət sərhədinin mühafizəsi sahəsində mühüm işlər görmüş, bir çox sərhəd bölgələrində ciddi qayda-qanun yaradılmasına nail olmuşdur. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə, döyüş hazırlığlında əldə etdiyi yüksək nailiyyətlərinə görə baş leytenant Ə. Əliyev hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri Fərmanla təltif edilmişdir.
1995-ci ildə, bir qrup cinayətkar dövlət çevrilişinə cəhd göstərdiyi zaman baş leytenant Ə.Əliyevə məsuliyyətli vəzifə tapşırılmışdı. O, 1995-ci il martın 17-də bu tapşırığı yerinə yetirərkən dövlətçiliyimizin qorunması yolunda canından keçdi.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
“N” sərhəd zastavasında Qəhrəmanm “Xatirə otağı” açılmış və büstü qoyulmuşdur. “N” sərhəd məntəqəsinə Ə.Əliyevin adı verilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 82