Ələtdə fəaliyyət göstərəcək Azad Ticarət Zonası 130 milyon nəfərlik bazara xidmət edəcək

Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
Bakının Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
Şəki-Zaqatala bölgəsi üzrə dairələrdə qeydiyyatda olan seçicilərin 584 nəfəri ilk dəfə səs verəcək

Ələt qəsəbəsində fəaliyyət göstərəcək Azad Ticarət Zonasının Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu 130 milyon nəfərlik bazara xidmət etməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 7-də Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də Baş nazirin birinci müavini Yaqub Eyyubov deyib.

Baş nazirin birinci müavini bildirib ki, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onu beynəlxalq nəqliyyat qovşağına çevirir.