2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

AVCİYA-nın “Borçalı söhbətləri: “XX əsrin əvvəllərində Bakının gürcü diasporunun dil və mədəniyyət məsələləri” – III Hissə
Tanınmış amerikalı radioaparıcı dinləyicilərə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verəcək
İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab olunmur.

AZƏRTAC