MN: Ermənistan silahlı qüvvələrinin bölmələri kombaynı atəşə tutub

XİN-dən  Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları ilə bağlı açıqlama
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib
“Arsax respublikası”nı tanımağa çağıran qərara etiraz əlaməti olaraq Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) məktub kampaniyasına start verib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.

MN-dən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.

Xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.