ŞAHVERDİYEV İsrafil Şahverdi oğlu

HACIYEV Fikrət Əli oğlu
MƏMMƏDOV Aqil Səməd oğlu
SƏFƏROV Sərdar Mədət oğlu

ŞAHVERDİYEV İsrafil Şahverdi oğlu (11.6.1952, Laçın  r-nunun Unannovu k. – 13.1.1994, Füzuli r-nu) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafıl Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlanmızın müdafıəsinə qalxmışdır.

Aşağı Cicimli, Köhnəkənd, Zabux, Cağazur və başqa kəndlərimiz uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Döyüşlər zamanı o bir neçə erməni quldurunu, dörd döyüş maşınını və xeyli sursatı ələ keçirmişdir. Qəhrəmanlığına görə baş leytenant Laçın rayon Kooperativlər İttifaqının “Sultan bəy” mükafatına layiq görülmüşdür.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafıl rotası ilə döyüşə atılmış, bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Son döyüşü 1994-cü il yanvarın 13-də olan cəsur komandir yaralanan döyüşçü dostlarını xilas edərkən həlak olmuşdur. Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi, üç övladı yadigar qalmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafıə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərə görə leytenant Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Laçın rayonunun Ağanus kənd tam orta məktəbinə İsrafil Şahverdiyevin adı verilmişdir.

Əd.: “Laçın şəhidləri”, Bakı, “Bəxtiyar-4”, 2013, s.12