Azərbaycan yolları keyfiyyətinə görə dünyada 36-cı oldu

Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları
Ağdam şəhərindəki Dəmir yolu və avtovağzal kompleksinin tikintisi bu il başa çatacaq 
İrəvan şəhərində İslam irsinə qarşı erməni vandalizmi

Azərbaycan avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 36-cı yeri tutub.

Trend-in məlumatına görə, bu, 2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısında əksini tapıb.

Reytinqdə 137 ölkə var. Yolların keyfiyyəti 7 ballıq şkala üzrə qiymətləndirilib.

Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan bir çox qonşu dövlətləri geridə qoyub: Ermənistan (85-ci yer – 3,7 bal), Gürcüstan (82-ci yer – 3,8 bal), Rusiya (114-cü yer – 2,9 bal), Qazaxıstan (115-ci yer – 2,9 bal), Ukrayna (130-cu yer – 2,4 bal). Türkiyə isə 5 balla 30-cu pillədə qərarlaşıb.

Dünyanın ən pis yolları Mavritaniya (2 bal), Konqo Demokratik Respublikası və Haitidədir (hər ikisi 2,1 bal).

Reytinqdə Biləşmiş Ərəb Əmirlikləri (6,4 bal), Sinqapur (6,3 bal) və İsveçrə (6,3 bal) liderlik edirlər. İlk onluğa, həmçinin Honq Konq (6,2 bal), Niderland (6,1 bal), Yaponiya (6,1 bal), Fransa (6 bal), Portuqaliya (6 bal), Avstriya (6 bal) və ABŞ (5,7 bal) daxildir.

Bakı. Trend: