Göyçayda selin dağıtdığı piyada körpüsü bərpa edildi

Vüqar Cavadzadə: Xəstəliyi simptomsuz keçirən xəstələrdə də ev şəraitində həkim nəzarəti olmalıdır
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb

Göyçay rayonunda sel nəticəsində dağılan piyada körpüsü bərpa olunub.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, iyunun 3-də Agentlik əməkdaşları ərazidə hərəkətin bərpa edilməsi üçün işlərə başlayıblar: “Bütün ağır texnika və canlı qüvvə əraziyə cəlb edilib. Sel nəticəsində dağılan piyada körpüsü artıq bərpa edilərək əhalinin istifadəsinə verilib. Göyçay rayon İcra Hakimiyyəti əhalinin daşınması üçün körpünün hər iki tərəfinə xüsusi avtobuslar təhkim edib. Hazırda piyada hərəkəti bərpa edilib”.

Qurum rəsmisi bildirib ki, avtomobil yolunun bərpası işlərinə də başlanılıb: “Hazırda çayın yuxarı hissəsindən müvəqqəti alternativ avtomobil yolunun çəkilməsinə başlanılıb. Çayın məcrasını dəyişdirirlər ki, ərazidə işləmək mümkün olsun. Əraziyə beton borular gətirilib. Çayın üzərinə beton borular düzülməklə həmin boruların üstündə yol çəkiləcək. Bu işlərdən sonra dağılan körpünün bərpasına başlanacaq”.

A.Nəcəfli qeyd edib ki, ümumilikdə sel körpüyə xəsarət yetirməyib: “Körpü və dayaqları yerindədir. Sadəcə olaraq sel suları sahil-mühafizə bəndini dağıdıb. Körpünün kənarındakı sutənzimləyici qurğunun dağıdılması nəticəsində çayın məcrası genişlənib və üstündə olan yol dağılıb. Həmin hissə körpünün yanaşma yolu sayılır. Ona görə də ehtimal odur ki, ərazidə yeni körpü tikilməyəcək, əvvəlki körpü bərpa olunacaq”.

O deyib ki, bir həftəyə ərazidə müvəqqəti avtomobil yolu salınacaq və avtomobillərin hərəkəti bərpa ediləcək.

Trend: