Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir

Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib
AVCİYA-nın debatlar silsiləsi başa çatdı
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu

İyunun 20-də “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr edilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, gördüyü mühüm işlər barədə danışıb. Qeyd edib ki, hüquqi və dünyəvi respublika nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşüb. Xalq Cümhuriyyəti bir çox Avropa ölkələrindən öncə qadınlara səsvermə hüququ verib.

Elmira Süleymanova, həmçinin Azərbaycanın dünya arenasındakı mövqeyindən söz açaraq ölkəmizin əldə etdiyi uğurlardan danışıb.