Azərbaycan ilə İran arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Düşmənin mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iyunun 27-də ölkəmizdə səfərdə olan İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Mohammad Soltanifar ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosda ilk görüşündən sonra ölkələrimiz arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Bildirib ki, ötən müddət ərzində dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi Azərbaycan-İran əlaqələrinin indiki yüksək inkişaf səviyyəsinə çatmasına mühüm töhfə verib.

 

Görüşdə iki ölkə arasında informasiya və ictimai əlaqələr sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri geniş müzakirə edilib. Həmçinin Azərbaycanda İranla, İranda isə Azərbaycanla bağlı informasiya işinin tənzimlənməsi, mediada maarifləndirmənin gücləndirilməsi, jurnalist mübadiləsi və bu sahədə ikitərəfli əməkdaşlığın digər istiqamətləri diqqət mərkəzində olub.

 

Söhbət zamanı son vaxtlar hər iki ölkədə baş verən proseslərin işıqlandırılmasında mətbuatın obyektiv mövqedən çıxış etməsinin təqdirəlayiq hal olduğu vurğulanıb, bunun gələcəkdə də davam etdirilməsi məsələləri müzakirə edilib.