İstanbulda Türk Dünyası Sığorta Birliyi yaradılıb

Rəcəb Tayyib Ərdoğan: İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
İstanbulda Türkiyə Beynəlxalq Sığorta Sammitinin Zirvə toplantısı keçirilib. Toplantı çərçivəsində təntənəli imzalanma mərasimi ilə türkdilli dövlətlərin sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi yaradılıb.
AZƏRTAC xəbər verir ki, Türk Dünyası Sığorta Birliyinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın sığortaçılar assosiasiyaları üzv qəbul olunub.
Tədbirdə çıxış edən Türkiyə Sığortaçılar Birliyinin rəhbəri Atilla Benli birgə sığorta qurumunun yaradılmasının ölkələrimiz arasında bu sahə üzrə həmrəylik baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
A.Benli bunun Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf etdirilən müxtəlif səpkili əməkdaşlıq perspektivləri ilə yanaşı, sığorta xidmətləri və sığorta siyasətinin əlverişli təşkili baxımından da vacibliyini vurğulayıb.
Öz növbəsində səmimi qarşılanmaya görə Türkiyə Sığortaçılar Birliyinə təşəkkürünü ifadə edən Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev türkdilli dövlətlərin bu birlikdən müsbət nəticə və uğur əldə edəcəklərinə əminliyini vurğulayıb.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması fikri Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığortaçılar Birliyi arasında əldə olunan ortaq razılıq və birgə təşəbbüs nəticəsində həyata keçirilib.

AZƏRTAC