Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə başlayıb

“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb
Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

Ölkədə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu prioritet istiqamətlərindəndir. Bu məqsədlə İnstitut Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (aliyevheritage.org) ilə birgə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan layihənin icrasına başlayıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” internet portalının bazasında reallaşdırılacaq. Bununla bağlı “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli mənəvi dəyərlərin qorunması”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, “Tolerantlığın Azərbaycan modeli” və s. mövzularda silsilə diskussiyaların aparılması planlaşdırılıb. Diskusiyalarda ölkəmizin tanınmış ilahiyyatçılarının, fəlsəfəçilərinin və jurnalistlərinin iştirakı nəzərdə tutulub. İlk diskussiya sentyabrın 5-də “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçiriləcək.

Diskussiya Heydər Əliyev İrsini Araşdırma Mərkəzində təşkil ediləcək.

Layihə başa çatdıqdan sonra diskussiyaların stenoqramı əsasında kitabın nəşri planlaşdırılır.