Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir

AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibə verib

İyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhər saat 09:00-dan 18:00-dək davam edəcək “Açıq qapı” günündə ziyarətçilər giriş haqqından azad edilirlər.

Nazirlik hər kəsi milli parklarda təbiətin füsunkar gözəlliklərindən zövq almağa dəvət edir.

Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Bunlar Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Zəngəzur, Qızılağac milli parklarıdır.