Şəhidlərin xatirəsinə ehtiram

XİN nümayəndəsi Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
Prezident İlham Əliyev Şəkidə Bayraq Muzeyinin açılışında iştirak edib
Avropa İttifaqı Paşinyanı seçkilərdəki qələbəsi ilə bağlı təbrik edib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Gürcüstanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.