Azərbaycanda 9 ayda vergi daxilolmaları 14 milyard manata yaxın olub

Mehriban Əliyeva: İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram
Erməni işğalçıların viran qoyduğu yurd yerlərimiz
Qərbi Azərbaycandan olan insanlar doğma torpaqlarına qayıtmaq ümidini itirmirlər

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub.

“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 %, proqnozdan isə 7,2 % çoxdur.

9 aylıq vergi daxilolmalarının 10 milyard 332,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 %, proqnozdan isə 2,9 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Report