Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi Prezident İlham Əliyevə təqdim olunub

“Azərxalça” ASC-nin yeni sədri Emin Məmmədov qurumun kollektivinə təqdim olunub
Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb
Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.

Dövlətimizin başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirdi. Prezident İlham Əliyev elektron imza qoydu. Bir nömrəli elektron şəxsiyyət vəsiqəsi dövlətimizin başçısına təqdim olundu.

Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı Prezident İlham Əliyevə məlumat verdilər.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı – çip yerləşdiriləcək. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Şəxsiyyət vəsiqələrinin çapı isə Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.