Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Prezident Naxçıvanda yaşayan şəhid ailələri və qazilərin evlə təmin olunması üçün 1 milyon manat ayrılmasına dair sərəncam imzalayıb
Münaqişə bitəndən 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışında həyatını itirib
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

“Report” xəbər verir ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Report