Nyu-Yorkda BMT Baş Assambleyasının ümumi siyasi diskussiyaları keçirilib

Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi keçirilir
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
“Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün təkliflər veririk”

Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ümumi siyasi diskussiyalar keçirilib. Müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi haqqında öz illik məruzəsini təqdim edib.

AZƏRTAC xəbər verir ki, ənənəyə uyğun olaraq, Baş Assambleyanın kürsüsündən iştirakçılara ilk olaraq Braziliya və ABŞ prezidentləri Mişel Temer və Donald Tramp müraciət ediblər. Donald Tramp öz administrasiyasının uğurları barədə məlumat verib. Diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatı yüksək templə inkişaf edir. Tramp əminliklə bildirib ki, tezliklə ABŞ-ın hərbi gücü ölkə tarixində ən yüksək səviyyəyə çatacaq. “ABŞ iki il əvvəl olduğundan daha güclü, təhlükəsiz və zəngindir”, – deyə Ağ evin sahibi vurğulayıb. Tramp əlavə edib ki, onun ölkəsi digər dövlətlərə necə yaşamağı öyrətmək niyyətində deyil: “ABŞ sizə necə yaşamağı və işləməyi söyləməyəcək. Sizdən ancaq bizim suverenliyimizə hörmətlə yanaşmağı xahiş edirik”.

Baş Assambleyanın əsas tədbiri isə sentyabrın 26-na nəzərdə tutulan Təhlükəsizlik Şurasının iclasıdır. Bu iclasa ABŞ Prezidenti sədrlik edəcək.

Qeyd edək ki, Baş Assambleyanın 73-cü sessiyasına Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa sədrlik edir. O, sessiyalara sədrlik edən 73 nəfər arasında dördüncü qadın sədr və bu vəzifəni tutan ilk latın amerikalı qadındır.

Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York