Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

AVCİYA-nın ofisində “Göyşay döyüşləri Türkiyə tarixşünaslığında” kitabı təqdim olunub
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür
Prezident İlham Əliyev Xətai rayonunda salınan idman-əyləncə park kompleksinin açılışında iştirak edib

Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.

Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

AZƏRTAC