Ermənilərin Faşist İtaliyası ilə gizli işbirliyi

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
MDB PA-dan olan müşahidəçilər qrupu Azərbaycan Prezidenti seçkilərinin monitorinqində iştirak edəcək
Birinci vitse-prezident 21 may – Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib
Tarixdən məlumdur ki, ermənilər zaman-zaman müxtəlif cinayətlər törətmiş dikaturalara çirkin işləri görməkdən ötrü çox xidmətlər göstəriblər. Misal üçün, II Dünya Müharibəsi zamanı nasist Almaniyasının tərkibində Daşnak qüvvələrinin insanlıq adına ləkə gətirəcək cinayətləri törətdiyi hər kəsə məlumdur. Ermənilərin digər faşist rejimi – Benito Mussolininin diktaturası ilə də belə yaxın əməkdaşlığı olub.
Hələ 1930-cu illərdə İtaliya və Almaniyada ermənilərin faşizmin bərqərar olmasında oynaya biləcəyi rol haqqında debatlar başladılmışdı. Benito Mussolinin Qafqaz üzrə məsləhətçisi Lauro Mainardi 1937-ci ildə İtaliyanın erməni-daşnak birliklərilə sıx əməkdaşlıq etməsi təklifini irəli sürür. Lauro Mainardi əsas arqument kimi, həm də Daşnak ideogiyasının İtaliya faşist partiyasının ideoloji baxışları ilə tamamilə uzlaşdığına diqqət çəkmişdi (Mamoulia,2007,s.57).

1939-cu ildə Mainardi ari irqi nəzəriyyəsi ilə bağlı yazırdı ki, ermənilərin anti-sovet baxışlarından istifadə edərək, Ermənistanda SSRİ-yə qarşı fikirlər formalaşdırmaq mümkündür. O, hətta irqçi baxışlarını Ermənistanla Roma arasında tarixi bağların olması ilə əsaslandırırdı.

Erməni tədqiqatçısı Abramyan yazır ki, Almaniya 1942-ci ildə ermənilərin aktiv iştirakı ilə Türkiyəni işğalına xidmət edəcək “Gertrud planı”nı hazırlayıb. Həmin planda ermənilərə hərbi cəhətdən kömək edəcək əsas qüvvə kimi məhz italiyalılar nəzərdə tutulmuşdur. Şübhəsiz ki, ermənilər özləri də Türkiyəni vurmaq üçün Mussolini İtaliyası ilə hər cür hərbi yaxınlaşmaya hazır idilər.

Həmin strateji plana görə, Türkiyənin Şərqi Anadolu və Kilikiya bölgələri Ermənistana verilməli idi. O dövrün arxiv və kəşfiyyat mənbələrində göstərilirdi ki, “Gertrud planı”na görə, faşist İtaliyasının ordusu Türkiyənin qeyd olunan bölgələrinin işğalında erməni-daşnak qüvvələrinə yaxından kömək göstərməli idi.

Həmin dövrdə Hrant Nazariyan adlı erməni və onun çevrəsi İtaliyada anti-türk təbliğatına başlayır. Onun təbliğatı uydurma “soyqırım”ın tanıdılması səviyyəsinə qədər yüksəlir. Mussolini hökuməti ilə əməkdaşlıq edən Nazariyan və digər ermənilər II Dünya Müharibəsi boyunca erməni diasporunun formalaşmasında, o cümlədən, uydurma “soyqırım”ın tanıdılması üçün böyük işlər görürlər. Hətta ona davamlı olaraq radioda çıxış etmək imkanları da yaradılır.

1935-ci ildə faşist İtaliyası Efiopiyaya müharibə elan edir, bir il sonra paytaxt Əddis-Əbəbəni tutur. Bundan sonra Mussolini 1936-cı ildə Romada xalq qarşısında çıxış edərək, “İtaliya Faşist İmperiyası”nın yarandığını elan edir. Mussolini diktaturası Efiopiyada 100 mindən çox, bəzi mənbələrə görə isə 1 milyon insanı qətlə yetirmişdi. Bu vəhşiliklərin törədilməsində ermənilərin də rolu olub.

1935-ci ildə Mussolinin qərarı ilə Efiopiyada faşist idarəçiliyinin qurulması üçün başqa xalqlardan ibarət hərbi legionlar təşkil edilir. Bu legionlardan ikisi sırf ermənilərdən ibarət olmalı idi. Tarixçi alim Dr. Joao Fabio Bertonha bildirir ki, İtaliya bu legionları qurmaqla Afrikada öz gücünü möhkəmləndirmək məqsədi güdürdü.

Budan başqa, İtaliyanın Efiopiyaya köçürdüyü 3 xalqdan biri də məhz ermənilər idi. Bu köçürmə sonralar Efiopiyanın işğalında öz effektini verdi. Ermənilər demək olar ki, Efiopiyanın bütün idarəçilik, mədəniyyət və sosial sistemində tamamilə oturuşmuşdurlar.

Fərrux Həsənov
AzVision.az üçün