Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydası dəyişib
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.