Müxtəlif növ və təyinatlı hidro-texniki qurğular (HTQ), enerji sənayesi, kənd təsərrüfatı, su nəqliyyatı sistemi, su təchizatı, hidromeliorasiya və iqtisadiyyatın digər sahələri sistemində, xalq təsərrüfatının mühüm obyektləridir. Bütün hidro tikintilər, öz daxilində, bu və ya digər dərəcədə, böyük həcmdə kinetik su miqdarı saxlamaqdadır. Ekstremal hallarda (qəzalarda) bu su kütlələrinin dağıdıcı təsiri, böyük ərazilərə yayıla bilər. Bütün hidrotexniki kompleks ərazinin infrastrukturunun tərkib hissəsidir, burada ucaldılmış və inkişaf etmiş infrastruktur olan ərazilərdə, əhalinin sıx məskunlaşdığı ərazilərdə inşa edilmişdir. Əhalinin həyat fəaliyyəti elementləri, iqtisadi obyektlərin mövcudiyyət və fəaliyyəti, böyük ölçüdə onların vəziyyətindən asılıdır. Bu gün davam edən münaqişə ocaqları ilə bağlı olaraq, sabiq Sovet respublikalarında onların təhlükəsizliyinin təmin olunması məsələsi xüsusilə aktuallaşmışdır.
Nəzarətsizlik və bunun nəticəsində labüd qəzalar bir qayda olaraq, insanların məhv olmasına və maddi zərərin əmələ gəlməsinə yol açan faciəli fəlakətlərə gətirib çıxara bilər (bax: aerogeodezi texnologiyalardan istifadə edərək, təzyiqli hidrotexniki qurğularda qəza nəticələri riskinin qiymətləndirmə metodikası. Kroliçenko V.V. ları).
Məqaləmizdə onlardan biri haqqında söz açılacaq.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə başladı. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi, Ermənistan
Respublikası silahlı qüvvələrinin işğalı altındadır. May 1994-cü ildə atəşkəs rejimi əldə olunmuşdur, lakin tərəflər arasında müharibə vəziyyəti davam edir. İndiyədək həmsədrlərinin Rusiya, ABŞ və Fransanın olduğu ATƏT-in Minsk Qrupunun himayəsi altında, hələ də uğursuz sülh danışıqları aparılır. Dağlıq Qarabağ və ətraf
rayonların azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də Ermənistan tərəfindən əməl olunmur. Bu danışıqlar hələ uzun müddət davam edə bilər. Lakin, təəssüf hissi ilə deməliyik ki, vasitəçilər sənaye və infrastruktur layihələrinin qorunması ilə bağlı olaraq, Ermənistanın maliyyə resurslarının olmaması nəticəsində işğal olunmuş ərazilərdə yararsız vəziyyətdə olan 4 su anbarı ətrafında yaranmış riskli vəziyyəti bir kənara qoydu.
Son zamanlar millət vəkili Elxan Süleymanov, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının fəlakətli vəziyyəti haqqında sübut təqdim etdi. Bu su anbarı 1976-cı ildə inşa edilib. Onun həcmi 560 milyon kubmetr və anbar hündürlüyü 25 metrdir. 1988-ci ildən bu yana, heç bir profilaktik mühəndislik işləri həyata keçirilməmişdir. Qəza hər an baş verə bilər və faciəli nəticələrə gətirib çıxara bilər. Tərtərin aşağı axarında yaşayan 400.000-dən çox insanın həyatı ölüm təhlükəsi altında qala bilər. Bütün infrastruktur məhv edilə bilər. Bu qəza ekoloji fəlakət ilə də müşayiət oluna bilər. İşğal olunmuş ərazilərdə suvarmanın olmaması səbəbindən 460 növ ağac, 4 növ məməli və 8 növ quş (70 növ ağac
yalnız Azərbaycanda bitir) məhv ola bilər.
Millət vəkili E. Süleymanovun proqnozları nə qədər realdırlar? Son illərin statistikası və hadisələr arxivi onu göstərir ki, hidrotexniki qurğularda baş verən qəzalar, bəndlərə birləşmiş olan tikililərin də zədələnməsinə səbəb olur. HTQ-dakı qəzalar həmişə böyükmiqyaslı zərərlərlə müşaiyət olunmuşdur: insanların həlak olması, ətraf mühitin çirkləndirilməsi, evlərin, iqtisadi obyektlərin dağıdılması və s.
Hidro-texniki tikililərdə qəzalar tez-tez baş verir?
Fransız mütəxəssislər bu suala belə cavab verirlər – VIII əsrdən başlayaraq hər 5 ildən bir, 1 bənd dağıdılıb. 1975-ci ildən etibarən qəzaların sayı böyük ölçüdə artmışdır və orta hesabla hər 15 aydan bir təxminən 1 qəza
baş verir ki, bunun nəticəsində 50 nəfər dünayasını dəyişir. Bunun əsas səbəblərindən biri istismar qaydalarının pozulması, hidrotexniki qurğularda texniki-profilaktik işlərin vaxtında həyata keçirilməməsi və s. dir. Fəlakət statistikasına göz ataq: 12 Mart 1928-ci ildə su ilə dəlinən Kaliforniyadakı Sent-Frensis bəndi yıxıldı. 40 metr hündürlüyündəki su, yatağın 25 kilometr aşağısında yerləşən stansiyanı yuyub apardı. 80 kilometr enində vadi su altında qaldı. Təxminən 600 nəfər həlak oldu.
Bu qəzanın miqyasının genişliyinin səbəbi yalnız faciədən sonra məlum olmuş olan bəndin təməlinin tikintisində yol verilən texniki nöqsanlar idi.
18 avqust 1941-ci ildə Sovet hərbi komandanlığı Dnepr SES-i partlatmağa qərar verir ki, bunun da nəticəsində nəhəng 30 metrlik dalğalar bir neçə düşmən bölmələrini məhv etmiş, bir çox faşist su keçidləri batırılmışdır. Ekipajla birlikdə onlarla gəmi məhv edilib. Ölənlərin sayı və vurulan zərər fəlakət həddində idi.
2 dekabr 1959-cu ildə Fransanın cənubunda Malpassedə Reyran çayında beton su bəndi çökdü. Frejyü şəhəri tamamilə su altında qaldı, 423 nəfər həlak oldu.
Daha sonra, digər 145,000 nəfər də aclıq və epidemiyalar səbəbindən dünyasını dəyişdi. 6 milyona yaxın ev dağıldı, 11 milyon adam bundan əziyyət çəkdi.
Davamlılıq və mökhəmliyinə görə Ginnesin Rekordlar Kitabına daxil edilməsinə baxmayaraq, Rusiya Federasiyasının Sayan-Şuşenskoye su elektrik stansiyasında, 1979, 1985, 1988, 2009-cu illərdə 4 qəza baş vertmişdir. Avqust 2009-cu ildəki son qəza nəticəsində, 75 nəfər həlak olmuşdur. Qəzanın nəticələri SES hövzəsinin eko-mühitinə təsir etmiş, regionun sosial-iqtisadi sahələrində iz buraxmışdır. Zərər, 40 milyon rubldan çox olmuşdur.
1993-cü ildə şərqi Çində Syantan çayı üzərində bəndin uçması nəticəsində 59 nəfər, 2007-ci ildə isı 11 nəfər ölmüşdür. 11 Sentyabr 2011-ci ildi bəndin dağılması nəticəsində, hündürlüyü 9 metrə çatan dalğalar çoxlu
sayda insan tələfatına səbəb olmuşdur. Belə nümunə misallardan çox zikr etmək mümkündür.
hidrotikintilərdəki ziyan onun öz maya dəyərini bir neçə dəfə üstələyir. Bu onunla izah olunur ki, bele hallarda insan tələfatı ilə yanaşı, digər binalar da zərər görür və ya təmamilə dağılır, regionda yerləşən bütün bir rayonun müəssisələrinin fəaliyyəti iflic vəziyyətinə düşür, bunun da bərpası adətən bir neçə il tələb edir. Bu vəziyyət onu tələb edir kı, hidro texniki tikintilər, nüvə obyektləri kimi xüsusi təhlükəsizlik rejimli layihələndirmə struktur kateqoriyasına aid edilsin.
– Son 20 ildə ərzində texniki və texnoloji olaraq heç bir yenilənmənin və profilaktik təmirin olmaması;
– Təbii fəlakətlər, zəlzələ, daşqın;
– Ermənistan Ordusu tərəfindən Azərbaycan Respublikası ərazisinin sistemli olaraq irikalibrli silahlardan atəşə tutulması və bu zaman beton və karkas qurğu-tikililərin zərər görməsi;
– Atəşkəs rejiminin pozulması halında Ermənistan Respublikası Silahlı Qüvvələrin taktiki hərbi əməliyyatı ilə stansiyanın partladılması ssenarisi (1941-ci il Böyük Vətən Müharibəsi zamanı Dnepro SES-in partladılması kimi). Digər mümkün ssenarilər də mövcuddur;
Lakin, Ermənistanın real olaraq təsir edəcəyi uzaq bir ehtimaldır, belə ki, bu dövlət hətta özü istəsə belə, çox çətin iqtisadi vəziyyəti ona baxım və təmir işlərini həyata keçirməyə imkan vermir.
iştirakı ilə, tərkibində elmi-tədqiqat və layihə təşkilatlarının təmsilçilərinin, hidro-texniki müəssisə rəhbərlərinin də olduğu beynəlxalq ekspertlər qrupunun yaradılması da labüddür.
Eyni zamanda ekspertlərin vəzifələri:
1)Sərsəng su anbarı tipli hidro-texniki tikililərdə qəza ehtimalının statistik təhlili;
2) səddin təməlinə qrunt torpaqların həddindən artıq girmə səbəblərini müəyyən etmək;
3) yekcins olmayan heterogen torpağın, bəndin davamlılığına təsir gücünün öyrənilməsi;
4) Sərsəng su anbarı və onun kimi tikililərdə mümkün qəza ssenarilərini öyrənmək;
5) ehtimal nəzəriyyəsə və statistikanın tətbiqi ilə, eləcə də Sərsəng su anbarında qəza riskinin qiymətləndirilməsi üçün mövcud üsulların ümumiləşdirilməsi ;
6 ) Sərsəng su anbarı tipli tikintilərin texniki vəziyyətinin qiymətləndirilməsində texnoloji modellərin yenidən nəzərdən keçirilməsi və bu obyektlərin dözümlülüyü yoxlamaq üçün bu standartların tətbiqi;
7 ) Sərsəng tipli su anbarları Sərsəng növü qəzaların və onların nəticələrinin riskini qiymətləndirmək üçün bir bir metodologiya işləyib hazırlamaq;
8) Sərsəng su anbarının fəaliyyət zonasında riskli halların müəyyən edilməsində uzaqdan algılama üsullarının təhlili;
münaqişəsinin tam həllinə qədərki dövrdə, Sərsəngin təhlükəsizliyinin təmini üçün, təsiredici bir beynəlxalq mexanizmin yaradılması üçün bir çağırış olmalıdır. Təbii ki, texniki xidmət və təmir üzrə bütün sonrakı işlər Ermənistan Respublikasının büdcəsi hesabına həyata keçirilməlidir. Fövqəladə hallarda, Sərsəng su anbarı, təcili olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin ilk mərhələsi olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir.