7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Haqqı Kəskin bəyin (Almaniya bundestaqının keçmiş deputatı) çıxışı

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
AVCİYA Xocalı faciəsinin ildönümü münasibətilə dəyirmi masa keçirdi
Qarakənd faciəsindən 26 il ötür

Öncə Azərbaycanda vətəndaş cəmiyyəti sədri, sevimli dostum və eyni zamanda bilirsiniz ki, Azərbaycan parlamentinin millət vəkili və Avropa Şurasının millət vəkili Elxan Süleymanovu, onunla birgə bu cəmiyyətdə fəal calışandostlarımızısalamlıyıram.

Artıq bu mövzu ilə əlaqədar bir çox fikirlər səsləndi, lakin bir az yetərincə deyilməyən bir məsələyə toxunmaq istəyirəm.

Bu su anbarının insani, ekoloji, iqtisadi tərəfləri barədə natiqlər tərəfindən yetərincə danışıldı. Ancaq bu mövzuda Azərbaycanda vətəndaş cəmiyyətinin bir beynəlxalq  ekspertlər tərəfindən dünya ictimiyyətinəçatdırılmasına, dünyanın bu bəndin durumu haqqında məlumatlandırılması və belə  bir araşdırmanın aparılması mənim fikrimcə son dərəcə gərəklidir. Ancaq dəyərli dostumuz cənab Elxan Süleymanovun söylədiyi kimi, əsas məsələ Azərbaycan torpaqlarının 20%-nin 22 ildir Ermənistanın işğalı altında olmasıdır. Yəni bir çox olanları səfərbər edərək bizim bu işğalı ən qısa zamanda son verməmiz lazımdır. Bununla bağlı əlimizdən nə gəlirsə, bunu etməliyik.

Yəni bu çoxistiqamətli fəaliyyət göstərməyə zərurət yaradır. Mənim fikrimcə, xüsusən, qardaş ölkə olaraq Türkiyə Cümhuriyyətinin bu mövzuya daha çox önəm verməsi lazımdır.  Mən bu mövzuda Türkiyə hökumətinin etdiyi səyləri kifayət hesab etmirəm və bu fikrimi də vaxtaşırı bölüşürəm, yazıram. Burada da demək məcburiyyətindəyəm ki, Türkiyə ilə yanaşı, Türk dünyasının bu mövzuya dəstəyini almaq lazımdır. Təbiidir ki, fərqlı nəticələr ola bilər, amma bizim nə etməyimizdən asılı olmayaraq, Azərbaycanın qarşılaşdığı bu böyük haqsızlıq qarşısında ona zəruri dəstəyin verilməsi üçün Türkiyə başda olmaqla digər türk dilli dövlətlərin, türk dünyasının dəstəyini almağımız və bu ölkələrin birliyinə nail olunması, Azərbaycanla birliyinin ifadə edilmişi zəruridir. Təbiidir ki, əgər Qafqazda sülh istəyiriksə, əminəm ki, bunu hamı istəyir, Azərbaycan xalqının və dövlətinin torpaqlarının 20 faizinin işğal vəziyyətində qalmasına yol verməcəyimizi açıq bəyan etməliyik.

Bunun için, bəlkə de, dünya türklərinin arasında vətəndaş cəmiyyəti təşkilatlarının bir araya gətirilərək  onların da bu mövzuda dəstəyini almamız lazımdır. Bu mövzu ilə əlaqədar, onu dəstəkləyən dünya jurnalistlərinin, elm adamlarının  həmrəyliyinə nail olmağımız da gərəkdir. Mümkün olduqca, onların da bu mövzu ilə əlaqədar daha həssas olmağına nail olmaq lazımdır.

Çox önəmli olan bir mövzu da var. Bu Azərbaycanın qarşılaşdığı böyük haqsızlıq, işğal mövzusunda türkdilli ölkələrin bu mövzuda edə biləcəkləri qədər və hətta ondan çox digər böyük ölçüdə  görə biləcəyi işə,  türk dünyasının öz daxili imkanları – televiziya, kütləvi informasiya vasitələri ilə aparılacaq zəruri məlumatlandırmaya ehtiyac vardir.

Biz Almaniyada bunu əhəmiyyət veririk və cənab Elxan bəyin dəstəyi ilə Almaniyadakı Türk-Azərbaycan birliyini yaratmışıq. Biz bu mövzuda 3 ildır, fikrimcə yaxşı işlər görürük. Buna bənzər birliklərin digər ölkələrdə, digər şəhərlərdə də yaradılmasına, fikrimcə, böyük ehtiyac vardır. Mən təkrar Elxan Süleymanova təşəkkürlərimi bildirir, uğurlu işinə görə onu təbrik edir və səylərini belə qətiyyətlə davam etdirməyini arzulayıram