7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Samir İsayevın (layihə əlaqələndiricisi, AVCİYA eksperti, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyinin (İUCN) Ekoloji Hüquq Mərkəzinin (ELC) üzvü) çıxışı

CGSS-in icraçı direktoru Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərindən yazıb
Ağdaban faciəsindən 32 il ötür
Anar Kərimov: “Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə aparıb”

Mən AVCİYA-nın rəhbərliyini, Tərtər rayon icra hakimiyyətinin rəhbərliyini və burada iştirak edən ekspertləri, qonaqlarımızı salamlayıram. Təşəkkür edirəm ki, bu tədbirə qatılmısınız, bu tədbirdə ilk şərhlərinizi, ilk rəylərinizi verirsiniz və bu rəylər, şərhlər gələcək işlərimizdə bizə çox böyük köməklik edəcək.

Mən bir neçə məsələyə toxunmaq istərdim. Birincisi, Elxan müəllim kifayyət qədər bu layihənin siyasi, beynəlxalq əhəmiyyəti barədə qeyd etdi. Biz bu layihənin gedişində bir neçə aspekti qiymətləndirmək istərdik. İlk olaraq, bölgədə 6 rayonun su ehtiyyatları ilə bağlı təminat məsələsini. Bu məsələdə həm bizim yerli ekspertlərimiz çalışacaq, həm də beynəlxalq  ekspertlər dəvət olunacaqlar.

İşin gedişində, sözsüz ki, bizim bölgənin mədəniyyət, tarix, ekoloji obyektlərinə təsir məsələləri çıxacaq, bunlar da qiymətləndiriləcək. Layihənin gedişində Sərsəng su anbarının dağılma təhlükəsi riskləri,onunbölgəyə vuracaq zərəri qiymətləndiriləcək.Bütün bunların nəticəsində Azərbaycan iqtisadiyyatına, cəmiyyətinə, sosial həyatına vurulan zərər qiymətləndiriləcək, həm Azərbaycan dövləti, həm yerli hakimiyyət orqanları, həm mərkəzi hakimiyyət orqanları, həm də beynəlxalq ictimayyət bu barədə məlumatlandırılacaq.

Burada bir sıra aspektlərə toxundular. Mən istərdim ki, bu layihənin Azərbaycanın ən qədim tarixi-mədəniyyət bölgələrindən biri olan Aran Qarabağının mədəniyyətinə, tarixinə, onun coğrafiyasına, ekologiyasına vurulan və vurulacaq zərərlə bağlı sizə bir-iki məlumat verim. Bizim ilkin araşdırmamız nəticəsində müəyyən etmişik ki, bu bölgədə həddindən çox qədim tarixi abidələr vardır. Bilirsiniz ki, Aran Qarabağı Azərbaycanın ən qədim tarixi bölgələrindən və Azərbaycan türklərinin yaşadığı ən qədim məskənlərdən biridir. İstənilən bir antropogen fəaliyyət nəticəsində və yaxud su bəndinin dağılması nəticəsində yaranacaq hər bir təhlükə Azərbaycanın tarixi-mədəniyyət abidələrini məhv edə bilər. Bu məsələnin bir tərəfi.

İkinci bir tərəfi ondan ibarətdir ki, bu gün artıq biz bu bölgədə ciddi ekoloji problemlə qarsılaşmışıq və bu ekoloji problemi biz müşahidə edirik. Bizim üç ay ərzində bölgədə apardığımız müşahidələr nəticəsində  artıq dərk etməyə başlamışıq ki, bu gün əgər insan öz fiziki əməyi ilə, öz düşüncəsi ilə özünü su ilə təmin etmək iqtidarında deyilsə, siz təsəvvürünüzə gətirin ki, bu təbiətdə yaşayan bitki və heyvan növləri hansı məhrumiyyətlərlə qarşılaşar?Bitki və heyvannövlərinin bu bölgədə kökünün kəsilmə təhlükəsi yaranmışdır. Biz insanlarla söhbət edərkən,müxtəlif insanların həyətyanı təsərrüfatlarinda, həyətlərində oluruq, insanlarla diskussiya aparırıq və onlar bizə bildirirlər ki, ev heyvanları artıq onların qapılarını taqqıldadırlar  və su tələb edirlər. Artıq heyvanlar su üçün insanların qapılarına hücum çəkirlər. Bəzi səhnələri biz qeyd eləmişik vəvideoya çəkmişik.

Mən sözümü nəyə gətirib çıxarıram. Əgər ev canlıları hansı ki, insan ona qayğı göstərə bilər, belə bir fəlakət qarşısındadırsa, öz haqqını, mənəvi yaşamaq haqqını, su tələb edirlərsə, görün təbii şəraitdə yaşayan vəhşi heyvanlar nə vəziyyətdədirlər.

Bizim qonaqlar əgər imkan tapmayıblarsa, xarici jurnalistləri ,ocümlədən,ölkə mediasının nümayəndələrini nəzərdə tuturam, Tərtər şəhərinə tərəf, təxminən yarım kilometr yol getdikdən sonra Tərtər çayının üzərindən keçmək imkanı əldə edəcəklər. Xahiş edirəm, o yolu gedin və siz Tərtər çayını susuz görəcəksiniz. Bu gün Tərtər çayından su axmır.

Biz burada yalnız iqtisadi problemləri, insanların yaşam problemlərini deyirik, vurulan zərəri deyirik, bəs bu bölgədə insan yaşamazdan qabaq meydana gəlmiş təbiəti niyə demirik? O təbiət məhv olub gedib. O heyvanlar məhv olub gedib. O bitkilər məhv olub gedib. Onlar üçün artezian qazmaq mümkün deyil. Onlar vərdiş eləyiblər ki, təbii şəkildə su içsinlər.Yəni biz bütövlükdə Azərbaycanın bu bölgəsinin, onun ətraf mühütinin böyük bir məhvini görürük.

Digər bir tərəfdən, burada hörmətli icra başçısınin çıxışında və digər çıxışlarda qeyd olundu ki, bu bölgədə iqtisadiyyatın saxlanılması üçün artezian quyularından istifadə olunur. Bu böyük bir ekoloji problem üçün bir əsasdır. Nəyə görə? Dünyada iqlim dəyişikliyi adlı bir proses gedir, iglim dəyişikliyinin ciddi təsirlərindən birisi də məhz enerjidən istifadədir və o cümlədən də enerjiyə qənaət edilməməsidir. Biz faktiki olaraq,təbiətdən axan sudan istifadə edə bilmirik, onun əvəzinə artezian quyularından su çıxartmaq üçün enerjidən istifadə edirik, o cümlədən atmosferə karbon qazı, zərərli tullantılar atırıq. Bu çox mühüm bir problemdir, dünyada ən çox narahat edilən məsələlərdən biridir. Bu məsələ bu bölgədə xüsusilə kəskin vəziyyətdədir.

Məsələnin ikinci tərəfi –məndən öncəki ekspert çıxışında bildirdiki, bölgədə çox ciddi səhralaşma prosesi yaşanır. Səhralaşmaya qarşı mübarizə haqqında beynəlxalq konvensiya var və həmin konvensiyanın adında “Zaqafqaziya” sözü də var. Yəni Qafqazda səhralaşma xüsusi olaraq dünya tərəfindən qəbul olunmuşdurki,bu da  konvensiyanın adına düşmüşdür.

Siz təsəvvürünüzə gətirin ki,   Qafqazda süni şəkildə səhralaşma prosesi gedir. Bu gün onu biz yox, Tərtər çayının suyunu kəsmiş, bölgədə formalaşmış suvarma sistemlərini məhv etmiş Ermənistan tərəfi aparır. Bu ciddi bir problemdir.

Və nəhayət, hamınız yaxşı bilirsiniz, xüsusilə xarici ekspertlər yaxşı bilirlər ki, 2002-ci ildə Yohanesburq sammitində ortaya qoyulan ən mühüm istiqamətlərdən birisi dünya əhalisinin içməli su ilə təminatıdır. Alimlərin proqnozlarına görə 2050-ci ildə Yer kürəsinin əhalisinin böyük bir qismi içməli sudan və sudan əziyyət çəkəcəklər. Siz təsəvvürünüzə gətirin ki, bu gün Tərtərin, Ağdamın, Ağcabədinin, Göranboyun, Bərdənin, Yevlaxın, 6 rayonun 600 minə qədər əhalisi, minlərlə hektar ərazisi artıq böyük bir su faciəsini yaşamaqdadır.

Bu su faciəsini yaşamaq üçün 2050-ci ili gözləmək lazım deyil, dünya alimlərinin qeyd etdiyi kimi, artıq onu biz burada görürük. Bunu isə dünya ictimaiyyəti görməlidir. Biz dünya ictimayyətinəçatdırmalıyıq ki, Azərbaycanda böyük humanitar faciə yetişməkdədir. Humanitar faciə, beynəlxalq sammitlərində göstərilən kimi, həm insanların su ,ərzaq,kasıbçılıq ilə imtahanında, həm tarixi abidələrin məhvində özünü ifadə edir. Bu böyük bir problemdir.

Mən elə burada öz söhbətimi,çox qısaca məruzəmi tamamlamaq istərdim, vaxt imkan vermir. Gələcəkdə inşallah bizim təhqiqatların nəticəsi olaraq, maraqlı faktlar üzə çıxarılacaq və bunlarla sizin də tanış olmaq imkanınız olacaq. Və dərhal icazə verin, layihənin komandası adında mən sizin diqətinizə bir məsələni çatdırım. Sizə paylanan məlumatlarda görürsünüz ki, artıq layihənin internet səhifəsi mövcuddur – http://sarsang.org.  Burada o cümlədən bugünkü konfrans barədəməlumatlarda olacaq, Sərsəngin tarixi, bölgələrə vurulmuş iqtisadi zərər, iqtisadi təsirlər, siyasi-mədəni həyata təsir, o cümlədən,Sərsəng su anbarının bölgəyə gətirəcək faciə nəticəsində gözlənilən risklər öz əksini tapacaq.

Habelə həmin internet səhifədə,bizimlayihənin gedişində,Elxan müəllimin təşəbbüsü ilə bu layihə başlayandan,ilk mətbuat konfransı keçiriləndən və biz  bölgəyə gəldikdən sonra insanlar artıq bizə müraciət edirlər, öz problemlərini bildirirlər.Çoxlu sayda bizə müraciətlər daxil olub. Bu müraciətlər artıq həmin internet səhifəyə toplanacaqdır. Siz bütün bunları ,öz yazdığınız müraciətləri, əhalinin etdiyi müraciətlərihəmin İnternet səhifəsində görəcəksiniz. Biz onları dünya ictimayyətinə çatdırmaq üçün,sizinüçün bir körpü olacagıq. Elxan müəllim, təşəkkür edirəm, hörmətli icra başçısı, təşəkkür edirəm. Minnətdaram!