7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Tariel Hüseynovun (Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi) çıxışı

“The Washington Times”da Azərbaycan səfirinin Kəlbəcərin işğalı ilə əlaqədar məqaləsi dərc edilib
Sərsəng su anbarına dair qətnamə təklifi məruzə üçün Avropa Şurasının Sosial Məsələlər Komitəsinə yönləndirilib
Qusarda keçirilən beynəlxalq konfransın iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub

Hörmətli müşavirə iştirakçıları!

İcazə verin, mən də əvvəlki natiqlər kimi belə aktual talehli bir məsələni, Sərsəng su anbarı ətrafında yaranan və ya yarana biləcək problemlərinin belə geniş müzakirəsinin Tərtər rayonunda keçirilməsinə görə Tərtər rayonunun İcra hakimiyyətinə və onun başçısı Ceyhun müəllimə minnətdarlığımızı bildirim və eyni zamanda,ümumiyyətlə, təkcə Sərsəng su anbarı ətrafında deyil, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın azad olunmasına, Qarabağın problemi ətrafında göstərdiyi səylərinə görə, həmçinin Sərsəng su anbarı məsələsinin dünya ictimayyəti qarşısında qaldırdığına görə və qazandığı uğurlara görə Elxan müəllimə öz təşəkkürümü bildirirəm.

Burada Sərsəng su anbarıətrafında yaranmış problemlər ilə bağlı iqtisadi, siyasi və ekoloji aspektlərsəsləndi. Mən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi kimi texniki təhlükə baxımından Sərsəng su anbarıətrafında yarana biləcək təhlükələr barədə danışmaq istəyirəm.

Mən bir daha xatırlatmaq istəyirəm, burada deyildi ki, bəlkə də burada oturanların bir hissəsi Sərsəng su anbarının inşaasında iştirak eləyib. Ancaq onu biz bildirməliyik ki, bu anbar həm coğrafi yerləşməsinə görə, həm geoloji quruluşuna görə dünyada ən mürəkkəb su anbarından biri hesab edilir.

Nəyə görə? Çünki anbarın yerləşdiyi ərazi hipsometrik nöqteyi-nəzərdən çox yüksəkdədir, təxminən bəndin hündürlüyü 740 metrdir, və çox qısa bir məsafədə, deyək ki, bəndlə Bərdə şəhərinin 48 kilometriyində, bu qradient üzrə yüksəlir,qradienti 620 metr kubu, yəni ki, bu çox yuxarıda yerləşən bəndlərdə baş verə biləcək fəsadların nəticəsinin ağır olması ehtimalını həmişə qaldırır. Buna görə belə anbarlara texniki müayinələr, baxışlar aktual hesab olunur. Deyərdim ki, bu, hidrotexnik qurğu kimi su anbarlarının, xüsusilə üzərində olan su elektrik stansiyalarınin  fəaliyyətinə nəzarət, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin istiqamətlərindən biridir.

Nazirliyin tərkibində sənaye işlərinin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti agentliyi var. Bu agentliyin əsas işlərindən biri də strateji əhəmiyyətli dövlət obyektlərinin və eyni zamanda potensial təhlükəli obyektlərin dövlət reyestrinin aparılmasıdır. Reyestrin aparılması o deməkdir ki, belə obyektlərin siyahısı tutulub və vaxtaşırı bunlar müayinədən keçirilir. Hər hansı bir qüsur ortaya çıxırsa,təcili tədbirlər görülür ki, bu,texniki təhlükəsizlik baxımından təmin olunsun.

Biz bütün su anbarlarında müayinələr keçiririk, aşkar olunan qüsurlar vaxtında aradan qaldırılır, amma 22 ildir ki, Sərsəng su anbarında belə birtədbir keçirə bilmirik. Biz bunu əldə edəbilmədiyimizə və müayinələr aparmağa imkanımız olmadığına görə belə bir təqdimat hazırladıq. Azərbaycanın programıolmadığından türk həmkarlarımızlabirlikdə,onlarınprogramlarından istifadə edib, belə bir təqdimat hazırladıq ki, işdir, hər hansı bir səbəb üzündən Sərsəngdə bir hadisə baş vermiş olarsa, onun fəsadları necə ola bilər? Türkiyədə su anbarları çoxdur, orada bu məsələlərə,onların texniki təhlükəsizliyinintəmin olunmasına çox həssaslıqla yanaşılır..

Ümumiyyətlə Azərbaycanda, bütün yerlərdə olduğu kimi, su anbarlarında seysmiklik yaxın ərazilərə nisbətən, bir ball artıq götürülür. Yəni o zonada zəlzələ ehtimalı başqa kiçik ərazilərdən daha artıq hesab olunur. Bu bir.

İkinci bir tərəfdən, burada deyildiyi kimi, bu 1976-cı ildə tikilən və indiyədək istismarda olan obyektdir, texniki resursları artıqlaması iləistifadə olunub və özü təbii haldaköhnəldiyinə görə, burada qəza ehtimalı, hesab edirik ki, böyükdür.

Üçüncü səbəb –bu anbar belə yuxarıda olmaqla,mənfur qonşularımızın əlində olan bir imkandır, bu imkandan da istifadə etmək təhlükəsi çox böyükdür.

Bir sözlə, biz təqdimat hazırladıq ki, belə bir hadisə baş versə, hər hansı səbəbdən, bunun nəticəsi necə ola bilər? Orada üç parametrdən istifadə olunub:suyun sürəti, suyun hündürlüyü və bir də onun su basdığı ərazi.Bənd dağılmış olsa, anbarndan axan su hansı müddətərzində,nə şəkildə hansı əraziləri tutacaq və orada onun təsiri necə olacaq?

Sərsəng su anbarının suyu 17 kilometrTərtər çayınınvadisi ilə gəlir. Su anbardan çıxandan sonra onun sürəti azalmaq əvəzinə, su hövzəsi dağ olduğundan və  kinetik enerjisi artığından daha da böyük sürətlə çıxması ehtimalı var  və orada, elə hesab edirik ki, həmin proqrama görə 48 kilometr məsafəni ola bilsin ki,su 60-70 dəqiqə ərzində qət eləsin və 30 min hektara yaxın ərazidəsubasma yox,sudağıtma zona yaransın, təqdim etdiyimiz o proqram, belə bir nəticəni çıxarmağa bizə imkan verir.

O təqdimatda hansı yaşayış məntəqələrinin ilk növbədə su altında qalması göstərilir. Bir sözlə,60-70 dəqiqə ərzində Bərdə şəhərinə gələn suyun hündürlüyü ola bilsin ki, 40 sm olsun, ancaq bu,40 sm olmayacaq, 17 kilometri ola bilsin 10 dəqiqədən də az müddətə keçsin. Biz bacardığımız qədər çalışmışıq, animasiya filmi yaradaq.Onların hamısı o proqrama salınıb və arada relyef şəklində dağlarda , su vadisi də, çay vadisi də düşüb, su gəlibaxandan sonra hansı sahəni basır, nə şəkildə, o da orada göstərilib və axırda belə bir xəritə əldə olunub. Yenədə belə bir qəza baş vermiş olsa, bu su anbarından Tərtər çayınin hövzəsinə gəlib, çıxır düzənliyə, buradan Tərtər rayonun kəndlərinə,  ola bilsin ki, relyefdən aslı olaraq suyun bir hissəsi şimal istiqamətinə və burdanda keçir Tərtərlə Bərdə arasına, bax, bu boyda yeri su basır. Özüdə dağıdıcı şəkildə basır. Bütün infrastruktur obyektlərinin hamsını sıradan çıxarır. Bu cədvəldə hər kilometri keçdikcə onun keçmə sürəti, yəni nə müddət ərzində keçib, nə boyda ərazi dağılır, bax, bunların hamısı o təqdimatda vardır.

Bir sözlə, mən hesab edirəm ki, Elxan müəllimin vətəndaş mövqeyini biz çox dəstəkləyirik, onunla daima əməkdaşlıq edirik. O bu layihəni təqdim etdi,  Avropada təqdimat şəklində nümayiş etdirdi və oradan çox sevincək zəng etdi ki, biz təqdim etdik, ola bilsin ki,bu məsələ ətrafında qətnamə qəbul olunsun. Biz hesab edirik ki, əgər lazım olsa, biz bu materialın üstündə daha da çalışarıq,amma hesab edirik ki, bu, dünyada qəbul olunmuş standartlara, texnologiyalara uyğun tərtib olunub və lazım gəldikdə bu proqramdan istifadə etmək olar. Diqqətinizə görə çox sağ olun!