Şamaxının millət vəkili Elxan Süleymanov zəlzələ bölgəsində olub

Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydası dəyişib
Azərbaycan Prezidenti: Türkiyə ilə münasibətlərimizin zirvədə olmasından böyük fərəh hissi duyuruq
6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb

Şamaxının millət vəkili,  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov deputatı olduğu bölgəyə səfər edərək zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.

Deputat rayonda yerli sakinlərlə görüşüb. Millət vəkili fevralın 5-də və 6-da baş vermiş təbii fəlakətdən zərər çəkən sakinlərə baş çəkib, qəzalı vəziyyətə düşən tikililərə baxış keçirib.

Şamaxı şəhərinin Səttar Bəhlulzadə və Vidadi Məmmədov küçələrində yerləşən 2, Şəhriyar qəsəbəsində 3 ünvanda olan Elxan Süleymanov zəlzələ nəticəsində yararsız hala düşmüş evlərdə yaşayan 5 ailəyə maddi yardım edib.